Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan ordusunun işğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz bölmələrindən birində piyada əleyhinə minanın partlaması nəticəsində erməni ordusunun 2 zabiti bədən xəsarətləri ilə Xankəndi hərbi hospitalına təxliyyə ediliblər.
Məlumata görə, yaralanan zabitlər Arayik Balayan və Hraçik Koçaryandır. Qeyd edilən zabitlərin İrəvandakı "Muratsan" hərbi hospitalına təxliyyə edilməsi gözlənilir.
Digər bir hadisə də Qarabağda dislokasiya olunan qanunsuz bölmələrin birində baş verib. Hərbi hissədə xidmət edən 20 yaşlı, Aparan hərbi komissarlığından çağırılmış erməni əsgəri Arqişti Hakobyan odlu silah yarası ilə Xankəndi hərbi hospitalına, oradan isə dünən İrəvandakı hərbi hospitalına təxliyyə edilib.
Hər üç fakt üzrə cinayət işi qaldırılıb və istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az